Bank Of Baku

Dövlət Xidməti: Bu il regionlardan vergi daxilolmaları gözləniləndən 19% çox olub

Dövlət Xidməti: Bu il regionlardan vergi daxilolmaları gözləniləndən 19% çox olub
# 12 avqust 2021 15:17 (UTC +04:00)

2021-ci ilin ilk yarısında Azərbaycanın ərazi vergi orqanları tərəfindən (regionlardan) dövlət büdcəsinə 388,4 mln. manat proqnoza qarşı 462,6 mln. manat vəsaitin daxil olması təmin olunub.

"APA-Economics"in Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, proqnozun icrası 74,2 mln. manat artıqlaması ilə və ya 119,1% təmin edilib. Həmçinin yerli mənbələr üzrə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 mln. manat və ya 6,7%  çox vəsait daxil olub.

Qeyd edilir ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” sayəsində 2018-ci illə müqayisədə 2020-ci ildə regionlardan vergi daxilolmaları 23,1% artıb. Eyni zamanda, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulundan əvvəlki 2003-cü illə müqayisədə 2020-ci ildə regionlar üzrə vergi daxilolmaları 23,2 dəfəyə yaxın artıb.

Bundan əlavə, əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına 2021-ci ilin I rübündə qeyri-dövlət sektoru üzrə işçi sayları ötən ilin eyni dövrü ilə müqayisədə 13% artıb, cari ilin altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektor üzrə dövlət büdcəsinə 36,1%, işsizlikdən sığorta üzrə isə 51% çox vəsait yönləndirilib.

Hesabat dövründə regionlarda iqtisadi aktivlik müşahidə olunub, ötən ilin cari dövrü ilə müqayisədə vergiödəyiciləri tərəfindən təqdim edilmiş dövriyyə məbləğləri 21,6% artıb. Habelə cari ilin iyulun 1-nə regionlar üzrə aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6% artıb, hesabat dövründə qeydiyyata alınan obyektlərin sayında isə ötən ilin analoji dövrü ilə müqayisədə 15,5% artım müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR