Rauf Abdullayev və Elvin Hoca Qəniyevin konserti keçirilib

Rauf Abdullayev və Elvin Hoca Qəniyevin konserti keçirilib
# 07 mart 2019 23:55 (UTC +04:00)

Martın 7-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artisti Rauf Abdullayevin rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert keçirilib.

ONA xəbər verir ki, konsertdə solist qismində gənc skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Elvin Hoca Qəniyev iştirak edib.

Gecənin birinci hissəsində V.A.Motsartın skripka və orkestr üçün 4 nömrəli konserti və E.Şossonun skripka və orkestr üçün poeması, ikinci hissəsində isə P.İ.Çaykovskinin skripka və orkestr üçün konserti səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR