Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
# 07 dekabr 2019 16:18 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 164 səyyar monitorinq həyata keçirilib.

APA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 6382, monitorinq edilmiş işəgötürənlərin sayı 314 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,9% təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra yoxlanılmış işəgötürənlər üzrə imzalanmış müqavilə sayı 87 933 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR