“Parabank” da əhalinin əmanətləri artıb

“Parabank” da əhalinin əmanətləri artıb
# 04 sentyabr 2015 11:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Parabank”ASC-nin aktivlərinin həcmi 2015-ci ilin II rübündə 186,913 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 48,75% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30,35% artaraq 94,754 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi hesabat dövrü ərzində təxminən 54,60% artaraq 19,812 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 37,20% artaraq 90,132 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 80,925 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 26,48% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,52 dəfə artaraq 52,970 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,36 dəfə artaraq 38 mln. 887 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 33,73% azalaraq 14,229 mln. manat, xərcləri isə 34,67% azalaraq 13,174 mln. manat təşkil edib.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 1,055 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 200 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR