“Taliban”ın Qətər qolunun rəhbəri istefa verib

“Taliban”ın Qətər qolunun rəhbəri istefa verib
# 04 avqust 2015 13:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova – APA. “Taliban” lideri Molla Məhəmməd Ömərin ölüm xəbəri yayıldıqdan sonra hərəkat daxilində parçalanma meyilləri müşahidə edilməyə başlayıb.

APA-nın “CNN”ə istinadən verdiyi xəbərə görə, “Taliban”ın Qətər qolunun rəhbəri və Molla Ömərin ən sadiq tərəfdaşı olan Sayed Məhəmməd Tayab Agha daxili çəkişmələr üzündən istefa verdiyini açıqlayıb.

“Hazırda heç bir tərəfi dəstəkləmirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Molla Ömərin ölümündən sonra “Taliban” yeni liderin Molla Axtar Məhəmməd Mənsurun olacağını açıqlayıb. Lakin Molla Ömərin ailəsinə yaxın olan qruplar geniş tərkibli iclas keçirilmədən lider seçilməsinin düz olmadığını bildiriblər.

Bu arada məlum olub ki, Molla Ömərin ölümü təsdiqlənməzdən öncə “Taliban” nümayəndələri Pakistanda Əfqanıstan rəsmiləri ilə danışıqlar aparıblar. M. Mənsur isə əksinə Əfqanıstan hökuməti ilə danışıqlara getməyəcəklərini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR