Ştefan Füle: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həm Azərbaycan, həm də Ermənistan daha fəal işləməlidir”

Ştefan Füle: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həm Azərbaycan, həm də Ermənistan daha fəal işləməlidir”
# 07 sentyabr 2015 15:48 (UTC +04:00)

Bu sözləri Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə sabiq komissarı Ştefan Füle APA-ya açıqlamasında deyib. O bildirib ki, kənar vasitəçilər münaqişənin həlli üzərində nə qədər fəal işləsələr də, əsas məsuliyyət hər iki tərəfin siyasətçilərinin üzərinə düşür: “Əgər onlar konfrontasiya dilini seçsələr, əlbəttə, belə olan halda münaqişənin həllini tapmaq üçün uzun illər gözləmək lazım gələcək. Mən bu münaqişənin tənzimlənməsində Avropanın rolunun artırılması istiqamətində işləmişəm. Həmişə demişəm ki, münaqişənin həll olunmasında həm Azərbaycan, həm də Ermənistan daha fəal işləməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR