Almaniya XİN rəhbərinin Türkiyəyə səfərinin tarixi müəyyənləşib

Almaniya XİN rəhbərinin Türkiyəyə səfərinin tarixi müəyyənləşib
# 10 noyabr 2016 18:39 (UTC +04:00)

Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer noyabrın 15-də Türkiyəyə rəsmi səfər edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə F.Ştaynmayer bundestaqda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl rəsmi Berlini çevriliş cəhdinin qarşısı alındıqdan sonra Ankaranı lazımi dəstək verməməkdə və PKK terrorçularına sığınacaq verməkdə günahlandırıb.

Almaniya DİN-nin məlumatına görə, Türkiyə DİN-i PKK terrorçularının ekstradisiyası ilə əlaqədar son illər ərzində Almaniyaya 4 minədək sorğu göndərib. Rəsmi Ankara bu sorğulardan heç birinin təmin edilmədiyini iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR