Rusiyada azərbaycanlı biznesmen odlu silahla qətlə yetirilib

Rusiyada azərbaycanlı biznesmen odlu silahla qətlə yetirilib
# 25 oktyabr 2017 07:35 (UTC +04:00)

Rusiyanın Saratov vilayətində Ceyhun Cəfərov adlı azərbaycanlı biznesmen öldürülüb.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ceyhun Cəfərov dünən axşam evinin yaxınlığında güllələnib. Naməlum şəxs ona odlu silahla üç dəfə atəş aşıb. 55 yaşlı biznesmen ürəyindən aldığı güllə yarasından hadisə yerində ölüb.

O, "Vozrozhdenie-KDM" tikinti şirkətinin rəhbəri olub.

Saratov vilayətinin Azərbaycan icmasının rəhbəri Vladimir Muradov bildirib ki, cinayət sifariş xarakterlidir.

Hadisə evin ətrafındakı müşahidə kameralarına düşüb. Hazırda faktla bağlı istintaq-araşdırma işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR