Odessada uşaq düşərgəsində yanğın baş verib, 3 uşaq ölüb - YENİLƏNİB-1

Odessada uşaq düşərgəsində yanğın baş verib, 3 uşaq ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 16 sentyabr 2017 03:45 (UTC +04:00)

Ukraynanın Odessa şəhərində uşaq istirahət düşərgəsində baş verən yanğın nəticəsində 3 uşaq ölüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Milli polisinin nümayəndəsi Ruslan Forostyak bildirib.

“İlkin məlumata görə, yanğın nəticəsində 3 uşaq ölüb”, R.Forostyak yazıb.

Bundan əvvəl 1 uşağın öldüyü, 3-ün xəsarət aldığı, daha 3-ün isə itkin düşdüyü bildirilirdi.

“Viktoriya” istirahət düşərgəsində güclü yanğın sentyabrın 16-a keçən gecə baş verib. Yanğın baş verən zaman düşərgədə ümumilikdə 150 uşaq olub. Hazırda yanğın tamamilə söndürülüb. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub.

***

04:53

Ukraynanın Odessa şəhərində “Viktoriya” uşaq istirahət düşərgəsində baş verən yanğın nəticəsində 1 uşaq ölüb, 3-ü itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə yerli “dumskaya.net” saytı xəbər verib.

Məlumata əsasən, hazırda yanğın tamamilə söndürülüb. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub.

***

03:49

Ukraynanın Odessa şəhərində “Viktoriya” uşaq istirahət düşərgəsində güclü yanğın baş verib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 23:30-da, uşaqlar yatan zaman baş verib.

Hazırda 1 000 kvadrat metr sahəni əhatə edən yanğının lokallaşdırıldığı bildirilir. Yanğın baş verən anda düşərgədə 150 uşaq olub, onların dərhal təxliyə olunduğu bildirilir.

Özlərini pəncərədən yerə atan 3 uşaq xəstəxanaya çatdırılıb. Onlardan biri yıxılarkən xəsarət alıb, ikisi tüstüdən zəhərlənib. Yanğının səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR