Dörd ölkə BMT Baş Assambleyasının təcili iclasının çağırılması üçün müraciət edib

Dörd ölkə BMT Baş Assambleyasının təcili iclasının çağırılması üçün müraciət edib
# 04 dekabr 2016 13:02 (UTC +04:00)

Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Suriyanın Hələb şəhərində vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının təcili iclasının keçirilməsi üçün müraciət ediblər.

APA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, bu ölkələr BMT Təhlükəsizlik Şurasının konsensus olmadığı üçün bu məsələni həll edə bilmədiyini nəzərə alıb, BMT Baş Assambleyasının təcili iclasının keçirilməsini vacib hesab ediblər.

Hələbdə hazırda hökumət və azad Müxalif Suriya Ordusu arasında qanlı döyüşlər gedir. Şəhərin şərq hissəsi müxaliflərin nəzarətindədir. Müxalifləri mühasirəyə alan Suriya ordusu hücumlarını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR