“S&P”: 2014-cü ildən bəri ilk dəfə bu il Azərbaycanda büdcə profisitlə icra olunacaq - YENİLƏNİB

“S&P”: 2014-cü ildən bəri ilk dəfə bu il Azərbaycanda büdcə profisitlə icra olunacaq - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2018 08:59 (UTC +04:00)

“2014-cü ildən bəri ilk dəfə bu il Azərbaycanda büdcə profisitlə icra olunacaq”

APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, tədiyyə balansına təzyiqlər azaldığından ölkənin xarici valyuta ehtiyatları da artır.

***

11:23

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycanın xarici və yerli valyutada suveren kredit reytinqi “BB+/B” səviyyəsindədir. Reytinq üzrə proqnoz “neqativ”dən “stabil”ə yüksəldilib.

Məlumatda o da qeyd olunub ki, növbəti dörd il ərzində Azərbaycanda iqtisadi inkişaf göstəricisinin 3,3% artacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR