"Deka Bank" əsas maliyyə göstəricilərini kəskin artırsa da, ilin I yarısını zərərlə başa vurub

"Deka Bank" əsas maliyyə göstəricilərini kəskin artırsa da, ilin I yarısını zərərlə başa vurub
# 15 iyul 2015 08:09 (UTC +04:00)

Bakı - APA-Economics. "Deka Bank" 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 3 dəfə artıraraq 163,895 mln. manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 2,7 dəfə artaraq 146,627 mln. manat təşkil edib.

Kredit portfelinin tərkibində istehlak kreditlərinin payı 15,017 mln. manatdır ki, bu da 2014-cü ilin iyul ayının 1-ə olan göstəricini 1,7 dəfə üstələyir.

Bankda vaxtı keçmiş kreditlərin həcmi 4 mln. 745,1 min manatdır.

Hesabat dövründə bank tərəfindən İpoteka Fondunun xətti ilə kredit verilməyib.

Cari ilin I yarısında bankın depozit portfeli 1,8 dəfə artaraq 11,414 mln. manata çatıb.

Əhali tərəfindən banka 5 mln. 248,62 min manat həcmində əmanət yerləşdirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,19% azdır.

Bankın xarici öhdəlikləri il ərzində 3,2 dəfə artaraq 3 mln. 776,51 min manata çatıb.

"Deka Bank"ın məcmu kapitalı 2,9 dəfə artaraq 54 mln. 34,94 min manat, nizamnamə kapitalı isə 2,2 dəfə artaraq 52,767 mln. manat olub.

Bank 2015-ci ilin I yarısını 633,78 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR