Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti başlayıb - VİDEO

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti başlayıb - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 12:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA.“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi status əldə etməlidir”.

APA-nın “zakon.kz” saytına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən V sammitində çıxış zamanı bəyan edib.

“Ötən il mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə müşavirədə Asiya regionunda təhlükəsizlik və inkişaf təşkilatının yaradılmasını təklif etmişdim. Düşünürəm ki, bu layihələr adıçəkilən regionda sabitliyin inkişafı üçün çox vacibdir”, - deyə o vurğulayıb.

N. Nazarbayevin sözlərinə görə, geosiyasi dəyişikliklər türk dünyasına öz təsirini göstərir. İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini önə çəkən Qazaxıstan prezidenti həmçinin qeyd edib ki, Əfqanıstanda bərpa prosesi sülh yolu ilə baş verməlidir.

“Çünki biz bir regionda yerləşirik və separatçı, terrorçu, ekstermist təşkilatlarının fəaliyyətinin qarşısını almalıyıq. Hazırkı sammit türk dünyasının inteqrasiyasında çox vacib mərhələdir. Şura yarandığı andan dövlətlərimiz arasında əməkdaşlıq sistemli şəkil alıb. IV sammitdə biz türk dünyası konsepsiyasının yaradılması barədə razılığa gəlmişdik və bu konsepsiya Türk akademiyasının yaradılması olmalıdır. Bu sənədin qəbul edilməsi üzrə işləri sürətləndirmək lazımdır”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının V sammitində Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR