İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycana gəlib

İranın iqtisadiyyat və maliyyə naziri Azərbaycana gəlib
# 26 oktyabr 2017 09:24 (UTC +04:00)

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian bu gün Azərbaycana rəsmi səfərə gəlib.


"APA-Economics" xəbər verir ki, səfər iki gün davam edəcək.


Səfər çərçivəsində M. Kərbasian Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər müzakirə ediləcək. M. Kərbasianın dövlət başçısı İlham Əliyevlə görüşü də nəzərdə tutulub.


Bu, M. Kərbasianın iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının yeni həmsədri qismində Azərbaycana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR