Gəncədə qadın avtobusdan yıxılıb

Gəncədə qadın avtobusdan yıxılıb
# 03 mart 2019 22:42 (UTC +04:00)

Gəncədə 57 yaşlı qadın avtobusdan yıxılıb.

ONA-nın qərb bürosunun xəbərində görə, hadisə şəhərin Şanxay adlan ərazisində qeydə alınıb.

Şəhər sakini, 57 yaşlı Cəvahir İbrahimova 6 saylı marşrut avtobusundan düşərkən yıxılıb.

O, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, qadına sağ tərəf qabırğalarının qırığı diaqnozu qoyulub.

Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisəyə avtobus sürücüsünün əyləci qəfil basmasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Hüseynov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR