Dərbənd şəhər merinin vəzifəsini Azadi Rəhimov icra edəcək

Dərbənd şəhər merinin vəzifəsini Azadi Rəhimov icra edəcək
# 11 avqust 2015 21:14 (UTC +04:00)

Bakı-APA. Dərbənd şəhərinin meri İmam Yaraliyevin istefa verməsi ilə əlaqədar bu vəzifəni şəhər administrasiyasının rəhbəri Azadi Rəhimov icra edəcək. APA-nın məlumatına görə, bu barədə “TASS”a şəhər administrasiyasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyev istefa verib. Daha əvvəl İmam Yaraliyev barəsində federal torpaqların bölüşdürülməsi zamanı vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın ortalarında meriyada axtarış aparılıb. Axtarış torpaq məsələsinə aid sənədlərlə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR