Daxili işlər orqanlarında yeni təyinat olub.
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Səbuhi Rüstəmov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Quba regional şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
S. Rüstəmov bu təyinata qədər Qusar rayon Polis Şöbəsinin Şahdağ polis bölməsinin rəisi olub.