Binəqədidə Beynəlxalq Ahıllar Günü qeyd edilib

Binəqədidə Beynəlxalq Ahıllar Günü qeyd edilib
# 02 oktyabr 2017 08:57 (UTC +04:00)

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.

Təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliklinikasının tibb personalı iştirak edib.

Ziyarət olunan ahılların evlərində bələdiyyələr tərəfindən təmizlik işləri görülüb.

Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilib, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar. Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirib, göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR