Məktəblərdə tədris proqramlarına tütünün zərərli ilə bağlı mövzular salınacaq

Məktəblərdə tədris proqramlarına tütünün zərərli ilə bağlı mövzular salınacaq
# 13 aprel 2017 11:09 (UTC +04:00)

Azərbaycan təhsil müəssisələrində tədris proqramlarına tütündən (siqaretdən) istifadənin zərərli ilə bağlı mövzular salınacaq.

APA-nın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 12-ci maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla tədris proqramlarına tütün istifadəsinin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular daxil etməlidir.

Maddədə o da göstərilir ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsiri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR