Messi “Barselona"nı tərk etmək qərarına gəlib

Messi “Barselona"nı tərk etmək qərarına gəlib
# 03 sentyabr 2017 05:45 (UTC +04:00)

Argentinanın futbol üzrə milli komandasının hücumçusu Lionel Messi 2018-ci ilin yayında İspaniyanın “Barselona” klubunu tərk etmək qərarına gəlib. APA-nın “Daily Post” nəşrinə istinadən verdiyi xəbərə görə, futbolçunun kontraktı uzatmamasına səbəb çalışdığı klubun transfer siyasətindən narazı qalmasıdır.

Qeyd edək ki, Messinin hazırkı kontraktının müddəti 2018-ci ilin yayında başa çatacaq. “The Sun” nəşri Messinin karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə biləcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR