Şirkətdən 450 min manat oğurlayan şəxsə hökm oxunub

Şirkətdən 450 min manat oğurlayan şəxsə hökm oxunub
# 01 mart 2019 15:56 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin mühasib otağından 450 min manat oğurlanıb. Hadisəni Sumqayıt şəhər sakini R.Nəbiyevin törətməsi müəyyənləşib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Saxlanılan şəxs MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. R. Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR