Türkiyədən Gürcüstana 129 ədəd pnevmatik tapança keçirməyə cəhd edən şəxs saxlanılıb

Türkiyədən Gürcüstana 129 ədəd pnevmatik tapança keçirməyə cəhd edən şəxs saxlanılıb
# 06 dekabr 2017 08:44 (UTC +04:00)

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları “Sarpi” sərhəd-keçid məntəqəsində ölkəyə külli miqdarda silah keçirməyə cəhd edən şəxsi saxlayıblar.

APA-nın yerli bürosu xidmətin məlumatına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsin avtomobilində 129 ədəd pnevmatik tapança aşkar olunub.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR