Nardaran hadisələri ilə bağlı məhkəmə davam edib

Nardaran hadisələri ilə bağlı məhkəmə davam edib
# 10 mart 2017 14:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları zərərçəkmiş şəxs qismində ifadə veriblər. İfadə verən Yunis Məmmədov, Xəqani Davudov və Elmir Ələsgərov bildiriblər ki, 2015-ci il noyabrın 5-də bir qrup şəxs Sabunçu rayon Polis İdarəsinin inzibati binasının qarşısında toplaşıb və Elçin Qasımova azadlıq tələb ediblər. Bu zaman qarşıdurma yaranıb və onlar qandallarını itiriblər. Onlar təqsirləndirilən şəxslərə qarşı hər hansı tələb və şikayətlərinin olmadığını deyiblər.

Məhkəmənin növbəti iclası martın 17-nə təyin edilib.

Qeyd edək ki, adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR