“Azərbaycan Dəmir Yolları”nda Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları”nda Avstriya nümayəndə heyəti ilə görüş keçirilib
# 18 iyul 2017 15:59 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, digər marşrutlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə meydana gələn “Cənub-Qərb“ layihəsi gələcəkdə Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevriləcək. Azərbaycanın və Avstriyanın əlverişli coğrafi mövqeyi və eləcə də tranzit imkanlarından yararlanaraq, Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsində iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanları mövcuddur.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

S.Karmas Azərbaycanda həyata keçirilən islahatlardan məmnun qaldığını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR