Goranboyda yük və minik avtomobili toqquşub, xəsarət alan var

Goranboyda yük və minik avtomobili toqquşub, xəsarət alan var
# 29 noyabr 2017 13:17 (UTC +04:00)

Goranboy rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nadirkənd kəndinə gedən yolda qeydə alınıb. “KamAZ” və “QAZ 24” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR