BP Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə ötən il 1,5 mlrd. dollar xərcləyib

BP Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə ötən il 1,5 mlrd. dollar xərcləyib
# 07 fevral 2020 11:51 (UTC +04:00)

Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə), materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 485,1 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, belə ki, 2019-cu ildə BP yerli tərəfdaşı olan birgə müəssisələr (16 müəssisə üzrə) çərçivəsində 589 mln. dollar xərcləyib.

Hesabata əsasən, şirkətin ötən il xarici podratçıların ölkə daxilində məsrəflərinə 570,8 mln. dollar xərcləyib.

Bundan başqa, 2019-cu ildə 234 kiçik və orta müəssisə üzrə BP-nin xərcləri 292,4 mln. dollar, 30 dövlət şirkəti üzrə isə 32,8 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR