İspaniyada terror aktı zamanı yaralananlardan 15 nəfərin vəziyyəti ağırdır

İspaniyada terror aktı zamanı yaralananlardan 15 nəfərin vəziyyəti ağırdır
# 19 avqust 2017 01:07 (UTC +04:00)

İspaniyanın Barselona və Kambrils şəhərlərində terror aktı zamanı yaralananlardan 15 nəfərin vəziyyəti ağırdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kataloniya hökumətinin məlumatında bildirilir.

Məlumata əsasən, xəstəxanaya yerləşdirilən 126 nəfərdən 67-si evə buraxılıb, 59 nəfər xəstəxanalarda müalicə almaqda davam edir.

İyunun 17-də Barselonanın mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb, 5 terrorçu polis tərəfindən zərərsizləşdirilib. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR