Moskvada mənzildə yanğın olub, 3 nəfər yanaraq ölüb

Moskvada mənzildə yanğın olub, 3 nəfər yanaraq ölüb
# 22 yanvar 2018 01:44 (UTC +04:00)

Gecə saatlarında Moskvanın mərkəzində yanğın hadisəsi qeydə alınıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər yanaraq ölüb.

Mənzillərdən birində qeydə alınan yanğın 30 kvadrat metr ərazini əhatə edib. Yanğın söndürüldükdən sonra sonra xilasedicilər mənzildə 3 nəfərin yanmış meyitini aşkarlayıblar.

İlkin məlumata görə, yanğına qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR