Gürcüstan patriarxı II İliya əməliyyat olunub

Gürcüstan patriarxı II İliya əməliyyat olunub
# 13 fevral 2017 14:00 (UTC +04:00)

Gürcüstanın Katolikos patriarxı II İliya Berlin klinikasında cərrahiyyə əməliyyatı olunub.

APA-nın "apsny.ge" saytına istinadən verdiyi məlumatına görə, klinikanın cərrahı Martin Ştrik jurnalistlərə açıqlamasında bildirib ki, II İliya özünü yaxşı hiss edir.

Qeyd edək ki, fevralın 9-da Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Berlində müayinə olunub. II İliyanın sidik kisəsində bu gün cərrahiyyə əməliyyatı aparılıb.

O, müalicə üçün fevralın 2-də Berlinə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR