Lənkəranda piyadanı vurub qaçan sürücünün kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda piyadanı vurub qaçan sürücünün kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 23 fevral 2017 07:02 (UTC +04:00)

Ötən gecə Lənkəranın Liman şəhərində piyadanı vurub qaçan sürücünün kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni törədən şəxsin Masallının Müsəküçə kənd sakini, 1958-ci il təvəllüdlü Bağır Məmmədhəsən oğlu Həsənov olduğu müəyyənləşib. O, idarə etdiyi “VAZ-21099” markalı avtomaşınla piyadanı vuraraq, hadisə yerindən qaçıb. B. Həsənov saxlanılıb.

***

22 fevral

saat 20.43

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.

D. Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR