Tarix Muzeyinə Şirvanşahlar dövlətinin şahzadəsinin gümüş təngələri hədiyyə edilib

Tarix Muzeyinə Şirvanşahlar dövlətinin şahzadəsinin gümüş təngələri hədiyyə edilib
# 12 mart 2018 08:22 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi davamlı olaraq öz kolleksiyalarını zənginləşdirir. Muzeydən APA-ya verilən məlumata görə, Şirvanşahlar dövlətinin şahzadəsi Bürhan Əliyə (vəfatı 1549) məxsus 6 ədəd gümüş təngə hədiyyə edilib.

Kolleksiyaçı Ruslan Rəhimovun təqdim etdiyi bu nadir tapıntılar Muzeyin Numizmatika fonduna təhvil verilib.

Sikkələr dövrün tədqiqatı baxımından mühüm əhəmiyyətə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR