Nevada ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb

Nevada ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb
# 09 may 2018 08:14 (UTC +04:00)

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, konsulluğa göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edib və ən xoş arzularını çatdırıb.


Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk bəyannamə deyil. Belə ki, qubernator B.Sandoval 2017-ci ildə Xocalı faciəsi ilə də bağlı bəyannamə imzalayaraq, bu faciəni pisləyib.

Respublikaçılar partiyasının üzvü olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR