ÜST “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlar keçirir

ÜST “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlar keçirir
# 17 yanvar 2017 13:46 (UTC +04:00)

16-17 yanvar tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə “Sağlamlığı təşviq edən məktəblər” mövzusunda ikigünlük seminar keçirilib. Nazirlikdən APA-ya verilən xəbərə görə, ÜST-nin Avropa Regional Bürosundan xüsusi olaraq dəvət olunmuş ekspertlərin iştirakı ilə keçirilən 2 günlük seminarın əsas məqsədi Azərbaycanda məktəb yaşlı uşaqların sağlamlığı və rifahının yaxşılaşdırılması üçün əsas imkanların müəyyən edilməsi, məktəblərdə sağlamlıq (səhiyyə) xidmətlərinin təşkili ilə əlaqədar mövcud strategiya və proqramların nəzərdən keçirilməsi, səhiyyə xidmətləri üçün mövcud ÜST standartları ilə tanışlıq və bu xidmətlər üzrə Azərbaycan üçün irəliyə doğru yolun müəyyən olunmasıdır.

İSİM-in direktoru C.Məmmədov ilk olaraq Azərbaycanda dövlət tərəfindən uşaqlara daim qayğı göstərilməsindən danışıb. ÜST-nin Avropa Regional Bürosunun müşaviri M.Veber uşaq sağlamlığının inkişafı və bu inkişafda ÜST-nin rolu, məktəblərdə Sağlamlıq Xidmətlərinə dair ÜST-nin standartları və qaydaları haqqında, Avropada “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin sədri Quf Buics isə Avropada sözügedən şəbəkənin gördüyü işlər və bu inkişaf siyasətinin milli səviyyədə inkişafı üzrə lazımi fəaliyyətlər barədə tədbir iştirakçılarına geniş məruzələr ediblər.

Seminarın yekununda iştirakçılar tərəfindən məktəblərdə sağlamlığın təşviqi üzrə yanaşmanın Azərbaycanda tətbiqi ilə bağlı təkliflər hazırlanıb.

Qeyd edək ki, ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR