Kürdəmirdə KİA dirəyə çırpılıb, ölən və xəsarət alan var

Kürdəmirdə KİA dirəyə çırpılıb, ölən və xəsarət alan var
# 07 fevral 2020 12:41 (UTC +04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Aslan Qəhrəmanovun idarə etdiyi KİA markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sərnişin - Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyala Ziyad qızı Rəhimova müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR