Sumqayıtda “TOFAŞ” elektrik dirəyinə çırpılıb, 20 yaşlı gənc ölüb, 3 nəfər xəsarət alıb

Sumqayıtda “TOFAŞ” elektrik dirəyinə çırpılıb, 20 yaşlı gənc ölüb, 3 nəfər xəsarət alıb
# 08 mart 2019 12:34 (UTC +04:00)

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, qəza şəhərin Corat qəsəbəsində olub.

Martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini Elxan Bağırov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə qəzaya yüksək sürət səbəb olub. Ölən şəxsin 2 ay bundan öncə hərbi xidmətdən gəldiyi bildirilir.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR