Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 325 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 325 nəfərə çatıb
# 25 sentyabr 2017 22:51 (UTC +04:00)

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 325 nəfərə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox – 186 ölüm halı Mexiko şəhərində qeydə alınıb.

Paytaxtda həmçinin 38 bina tamamilə dağılıb, yüzlərlə yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda Mexikoda yerləşən 9 min məktəbdən yalnız 100-ə yaxını fəaliyyət göstərir. Zəlzələ nəticəsində ölənlərdən 20-si dağıntılar altında qalan məktəblilər olub. Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.

Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR