“Azərbaycan Sənaye Korporasiyası” rəsmi internet saytını yaradır

“Azərbaycan Sənaye Korporasiyası” rəsmi internet saytını yaradır
# 19 yanvar 2018 06:26 (UTC +04:00)

“Azərbaycan Sənaye Korporasiyası” ASC rəsmi internet saytının yaradılması xidmətinin satınalınması üçün kotirovka sorğusu həyata keçirir.

Bu barədə "APA-Economics"ə “Azərbaycan Sənaye Korporasiyası”ndan məlumat verilib.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 25 yanvar 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 40C nömrəli ünvana təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR