Bakı-Quba yolunda yük və minik maşınları toqquşub, ana və azyaşlı qızı xəsarət alıb

Bakı-Quba yolunda yük və minik maşınları toqquşub, ana və azyaşlı qızı xəsarət alıb
# 22 iyul 2017 07:54 (UTC +04:00)

Bu gün şəhər saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. 1970-ci il təvəllüdlü Zülfiyyə İbrahimovanın idarə etdiyi "Mersedes" markalı minik maşını eyni istiqamətdə hərəkhərəkətdə olan "İsuzu" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü və maşında olan qızı, 2007-ci təvəllüdlü Alına Aslan Dursun qızı müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR