Ukrayna kəşfiyyatı "RİA Novosti"nin Kiyevdəki ofisində axtarış aparır

Ukrayna kəşfiyyatı "RİA Novosti"nin Kiyevdəki ofisində axtarış aparır
# 15 may 2018 11:37 (UTC +04:00)

Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları "RİA Novosti" agentliyinin Kiyevdəki ofisinə daxil olublar.

APA-nın Moskva müxbirinin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, güc strukturlarının əməkdaşları "RİA Novosti Ukraina"nın Kiyevdəki ofisinə girdikdən sonra içəridəki xanım jurnalistlə əlaqə saxlamaq mümkün olmayıb.

SBU-dan bildirilib ki, Rusiya Federasiyasının media strukturlarına qarşı istintaq tədbirləri aparılır. Qurumun mətbuat katibi Yelena Qitlyanskaya deyib ki, hüquq-mühafizə orqanları Rusiyanın nəzarətində olan media strukturlarının Ukraynaya qarşı hibrid müharibədə istifadə olunduğunu müəyyən ediblər.

Bu gün səhər saatlarında Kiyevdə "RİA Novosti Ukraina"nın əməkdaşı Kirill Vışinski də saxlanılıb.

"Rossiya Seqodnya" agentliyinin baş direktoru Dmitri Kiselyov Ukrayna hakimiyyətini Vışinskini dərhal azad etməyə və KİV-ləri təqib etməyi dayandırmağa çağırıb: "Biz beynəlxalq strukturlara, ATƏT-ə müraciət edəcəyik ki, Ukraynada jurnalistlərə qarşı təqiblərə son qoyulmasına yardım etsinlər".

Kremlin mətbuat katibi Dmitri Peskov da hadisəyə münasibət bildirib. Onun sözlərinə görə, Moskva Kiyevə qarşılıqlı tədbirlərlə cavab verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR