Opera və Balet Teatrının simfonik orkestri Almaniyada beynəlxalq festivalda iştirak edəcək

Opera və Balet Teatrının simfonik orkestri Almaniyada beynəlxalq festivalda iştirak edəcək
# 24 iyul 2015 12:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri avqustun 4-dən 11-dək Almaniyada səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin dəstəyi ilə keçiriləcək səfər Qut-İmmlinq opera sənəti festivalının rəhbəri Lüdviq Baumanun rəsmi dəvəti ilə təşkil olunacaq.

Teatrın orkestr festivalda səkkizinci dəfə çıxış edəcək. Musiqiçilər avqustun 9-da festivalın qala-konsertində çıxış edəcəklər. Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun əsərləri səslənəcək.

Qut-İmmlinq festivalında bu il Türkiyə, ABŞ, Latın Amerikası, Çin, Yaponiya da daxil olmaqla ümumilikdə 39 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, rejissor və dirijorlar iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR