İŞİD növbəti girovunu 10 yaşlı uşağın əli ilə edam edib - FOTO

İŞİD növbəti girovunu 10 yaşlı uşağın əli ilə edam edib - <span style="color: red;">FOTO
# 17 iyul 2015 18:23 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları amansız edam səhnəsinin əks olunduğu yeni görüntülər yayıblar. APA-nın “lifenews.ru”ya istinadən verdiyi xəbərə görə, video çarxda Suriya ordusunun zabitinin edam səhnəsi əks olunub. Cəllad rolunda isə 10 yaşlı oğlan çıxış edib. Kadrlarda uşağın bıçaqla əsirin başını kəsdiyi göstərilir.

“Dailу Mail”-ın məlumatına görə, edam Homs əyalətində həyata keçirilib. Hərbçinin Əl-Bosayri yaşayış məntəqəsi yaxınlığındakı blok-posta hücum zamanı əsir götürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR