Tiflisdə bazarda yanğın nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO

Tiflisdə bazarda yanğın nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 03:43 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

Yanğın ötən gün axşam saatlarında “Eliava” tikinti materialları bazarında boya anbarında baş verib. Yanğının söndürülməsinə 15 yanğınsöndürmə briqadası və helikopterlər cəlb olunub.

Ölənlərin şəxsiyyəti hələlik müəyyən etmək olmayıb.

Həmçinin yanğın nəticəsində yanğınsöndürən və xilasedici daxil olmaqla 5 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR