ABŞ vitse-prezidentinin avtomobil korteji qəzaya düşüb, xəsarət alan var

ABŞ vitse-prezidentinin avtomobil korteji qəzaya düşüb, xəsarət alan var
# 31 oktyabr 2016 21:31 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Co Baydenin avtomobil karvanı qəzaya düşüb.

APA-nın xəbərinə görə, bu barədə “ABC News” telekanalı məlumat verib.

İnsident yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) qeydə alınıb.

Kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun xəstəxanaya yerləşdirildiyi və həyatına təhlükə olmadığı bildirilir. Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR