Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb

Bakıda neft hasilatı 1,4% artıb, qaz hasilatı 11% azalıb
# 04 iyun 2018 11:20 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Bakı şəhərində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,8 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% azalıb.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-aprel aylarında sahənin əsas məhsulu olan xam neftin hasilatı 12 mln. 640,4 min ton, əmtəəlik təbii qazın hasilatı isə 5 mlrd. 582,4 mln. kubmetr təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 1,4% artıb, qaz hasilatı isə 10,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR