Tovuzda avtomobil atlını vurub

Tovuzda avtomobil atlını vurub
# 08 aprel 2017 22:44 (UTC +04:00)

Tovuzda avtomobil atlını vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səfərli Sərxan Vidadi oğlu atla hərəkət edən zaman Sadıqov Etibar Həsən oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR