Mədəniyyət və turizm naziri San-Marino Respublikasının xarici işlər naziri ilə görüşüb

Mədəniyyət və turizm naziri San-Marino Respublikasının xarici işlər naziri ilə görüşüb
# 08 sentyabr 2015 15:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini sentyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə turizm sahəsində əməkdaşlığın hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyi və bu sahədə münasibətlərin genişləndirilməsinə böyük təkan verən addımların atılmasından söz açılıb.

Ə. Qarayev xarici işlər nazirinin ölkəmizə səfərini iki ölkə arasında əməkdaşlığın bütün sahələrdəki istiqamətini müəyyənləşdirmək üçün gözəl imkanlar yaradacağına əminliyini ifadə edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. O, həmçinin münaqişə nəticəsində mədəniyyətimizə dəymiş ziyanın hələ də davamlı olmasını qonağın diqqətinə çatdırıb.

Ə.Qarayev ölkəmizin San-Marino ilə mədəniyyət sahəsində əməkdaşlıqda hər zaman maraqlı olduğunu vurğulayıb.

Paskal Valentini ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edərək keçirilən görüşlərdə vacib məsələlərə toxunulduğunu vurğulayıb. Qonaq bundan sonra ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün səylərini artıracağını söyləyib.

Görüşdə birgə mədəni layihələrin reallaşdırılması müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR