“Unibank” “Ən sosial yönümlü səhifə” nominasiyasının qalibi olub

“Unibank” “Ən sosial yönümlü səhifə” nominasiyasının qalibi olub
# 10 avqust 2015 14:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Unibank”ın “facebook” səhifəsi (https://www.facebook.com/unibank.az) artıq neçənci dəfədir ki, beynəlxalq “Socialbakers” xidməti tərəfindən “Ən sosial yönümlü səhifə” nominasiyasının qalibi olur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank”ın “facebook” səhifəsi beynəlxalq xidmət tərəfindən aprelin 1-dən iyunun 30-dək keçirilən monitorinqin də qalibidir və 3 ayın nəticələrinə əsasən, yenidən “Ən sosial yönümlü səhifə” seçilib.

Beynəlxalq xidmətin monitorinqi göstərir ki, “Unibank” “facebook” səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən 100%-ni alıb. “Albalı Plus” kartının rəsmi “facebook” səhifəsi də (https://www.facebook.com/albaliplus), səhifə istifadəçiləri ilə yüksək kommunikasiyaya görə, “Socialbakers”in maksimum 100% reytinqdən 100%-ni də alıb.

“Socialbakers” (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Qeyd edək ki, hazırda “Unibank”ın “facebook” səhifəsinin istifadəçilərinin sayı 239 mini keçib. Bu da banklar arasında tərəfdaşların sayına görə ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burada bankın məhsul və xidmətləri haqda sual ünvanlayaraq, qısa müddətə məlumat ala bilirlər. “ALBALI PLUS” kartının “facebook” səhifəsinin istifadəçilərinin sayı isə 118 mini keçib.

“Unibank”ı və “ALBALI PLUS”u birinci etdikləri üçün bank bütün “facebook” tərəfdaşlarına öz dərin təşəkkürünü bildirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR