Masallıda velosiped sürən şəxsi maşın vuraraq öldürüb

Masallıda velosiped sürən şəxsi maşın vuraraq öldürüb
# 21 avqust 2015 10:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də saat 12 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Rüfət Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu velosipeddə keçən şəhər sakini Həyat Məmmədovu vurub. Nəticədə H.Məmmədov xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR