Bakı və Sabirabadda ev, Naftalan və Saatlıda isə maşın yanıb

Bakı və Sabirabadda ev,  Naftalan və Saatlıda isə maşın yanıb
# 08 dekabr 2016 21:39 (UTC +04:00)

Ötən gün axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 10 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Naftalan şəhərində vətəndaşa məxsus "KAMAZ" markalı, xüsusi təyinatlı avtoqaldırıcının salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sabirabad rayonu, Moranlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, bir otağının döşəməsi 15 m2 sahədə yanmışdır və evə bitişik ümumi sahəsi 40 m2 olan lambirdən ibarət talvar əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR