“NBC Bank”ın depozit portfeli artıb

“NBC Bank”ın depozit portfeli artıb
# 22 noyabr 2016 13:42 (UTC +04:00)

“NBC Bank”ın aktivlərinin həcmi 2016-cı ilin III rübündə 147,440 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,5% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,1% azalaraq 124,611 mln. manat olub. Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 13,463 mln. manat olub. Problemli kreditlərin kredit portfelində çəkisi isə 10,8%-nə bərabərdir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 26,4% artaraq 89,264 mln. manat əhalinin əmanətlərinin həcmi 64,376 mln. manat təşkil edib. Öhdəlikləri isə 94,237 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 3,78% artaraq 53,059 mln. manata, nizamnamə kapitalı 41% artaraq 64 mln. manata çatıb.

Bankın gəlirləri 14,976 mln. manat, xərcləri isə 10,399 mln. manata bərabər olub.

Cari ilin 9 ayını “NBC Bank” 1 mln. 415 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR